“Qalatasaray”lı futbolçuya hücum

“Qalatasaray”lı futbolçuya hücum
21:19 8 Mart 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

“Qalatasaray”ın futbolçsu Lukas Podolski hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, hadisə İstanbulda baş verib.

 

Ataköy yaxt limanında bir məkana girmək istəyən alman hücumçu həmin ərazidən keçən taksi sürücünün qəzəbinə tuş gəlib. Buna səbəb isə onun taksiyə yol verməməsidir. Öz maşınından enərək Lukasın avtomobilinə yaxınlaşan sürücü avtomobili yumruqlamağa başlayıb.

 

Alman soyuqqanlılığı ilə hadisəni izləyən Poldi maşından enməyib və qəzəbli sürücüyə heç bir reaksiya verməyib. Məkan xidmətçilərinin müdaxiləsi ilə taksi sürücüsü sakitləşdirilib və hadisə yerindən uzaqlaşdırılıb.

 

Daha sonra heç bir şey olmamış kimi avtomobilindən enən hücumçu xidmətçilərin müşaiyəti ilə məkana daxil olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR