Mingəçevirdə 80 yaşlı qadının meyiti tapıldı

Mingəçevirdə  80 yaşlı qadının meyiti tapıldı
21:34 8 Mart 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə  mənzildə 80 yaşlı qadının meyiti tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR