Universitet dəhşətli qəza ilə bağlı məlumat yaydı

Universitet dəhşətli qəza ilə bağlı məlumat yaydı
11:44 9 Mart 2017
310 Digər
Ölkə mətbuatı
A- A+

 

Sumqayıt Dövlət Universiteti bu gün tələbələri daşıyan mikroavtobusun dəhşətli qəzaya düşməsi ilə bağlı məlumat yayıb. Lent.az universitetə istinadən xəbər verir ki, universitet hadisə ilə bağlı geniş informasiya yayacağını bildirib:


”Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetinin iki nəfər tələbəsi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib. Hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya verəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR