Malayziya MOK İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyir

Malayziya MOK İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyir
13:47 9 Mart 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Malayziyanın nümayəndə heyətinin tərkibinə 58 nəfər, o cümlədən 37 idmançı daxil olacaq.
Bu barədə "Report"a Malayziya Milli Olimpiya Komitəsindən məlumat veriblər.
MOK-dan qeyd ediblər ki, İslamiadada su idman növləri və karatedə daha çox medal gözləyirlər.
Vurğulanıb ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasındakı əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/malayziya-mok-i-slamiadada-su-idman-novleri-ve-karatede-daha-cox-medal-gozleyir-ekskluzi-v

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR