Günün resepti: ətli blinçik - FOTO

Günün resepti: ətli blinçik - FOTO
07:05 10 Mart 2017
443 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az ətli blinçikin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 stəkan un

2 stəkan süd

3 ədəd yumurta

1 x.q şəkər tozu

1 x.q duru yağ

1 ç.q duz

iç:

500qr. çəkilmiş mal əti

2 ədəd soğan

duz,istiot

qızartmaq üçün- 2/3 x.q bitki yağı

Hazırlanması:

Əvvəlcə dərin bir qaba yumurta, süd əlavə edib yaxşıca çalın. Daha sonra un, şəkər tozu, duru yağ və duz əlavə edib qarışdırmağa davam edin. Xəmir qatı olmamalıdır. Tavanı qızdırıb yağ əlavə edirik, daha sonra duru xəmiri çömçə ilə töküb, tavanı silkələyərək hər tərəfinə yayırıq. Hər iki tərəfi qızılı rəngdə olan qədər qızardırıq. Blinçik xəmirləri hazırdır.

İçini hazırlamaq ücün  mal ətini və soğanı ət maşınında çəkin. Daha sonra tavada üzərinə su əlavə edib, bişirin. Suyu quruyandan sonra yağ əlavə edib qovurun. Yağda tam bişənə qədər qovurub, duz və istiot vurun.

Daha sonra hər blinçik xəmirinin içinə  hazırladığınız içdən qoyub, zərf şəklində bükün. Tavaya bir az bitki yağı töküb blinçikləri azacıq qızardın. Ətli blinçiklər hazırdır. Servis edə bilərsiniz.

Nuş olsun!
Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR