Rostov-Bakı marşrutu üzrə uçuşlar dörd aylıq dayandırılır

Rostov-Bakı marşrutu üzrə uçuşlar dörd aylıq dayandırılır
09:14 10 Mart 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Pobeda" aviaşirkəti yay ayları üçün Rostov şəhərindən Bakıya uçuşları dayandırır.

 

"APA-Economics" xəbər verir ki, hazırda "Pobeda" Rostov-Bakı aviareysi üzrə həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri uçur. Martın 28-dən etibarən reyslərin sayı 3-dək endiriləcək. Belə ki, aviaşirkət Rostov-Bakı marşrutu üzrə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuş yerinə yetirəcək.

 

Bununla yanaşı, mayın 30-dan sentyabrın 26-dək reyslər tamamilə dayandırılacaq.


Xatırladaq ki, "Pobeda" Rostov-Bakı marşrutu üzrə ötən ilin oktyabrın 31-dən uçmağa başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR