Canəli Əkbərov həmkarlarına söz atdı: "Gəlsinlər mənimlə meydana"

Canəli Əkbərov həmkarlarına söz atdı: "Gəlsinlər mənimlə meydana"
14:04 10 Mart 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Canəli Əkbərov həmkarları ilə yaşadığı qalmaqaldan danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişində qonaq olan xanəndə bildirib ki, onun oxuduğu muğamları heç bir həmkarı oxuya bilməz: “1983-cü ildə Səmərqənddə keçirilən ümumdünya muğam müsabiqəsinin qalibiyəm. 1989-ci ildə isə İsveçrədə keçirilən beynəlxalq müsabiqənin qalibiyəm. Mən həmin Canəliyəm. İndi bir xanəndə tapın, mənim yanımda dura bilsin. Mənim oxuduğum və Azərbaycan radiosunun fonotekasında saxlanılan muğamları indi heç kim oxuya bilməz. Oxuya da bilməyiblər. Tam səmimi deyirəm. Şübhələri varsa, gəlsinlər mənimlə meydana. Arxaları ilə danışmıram. Bu meydan, bu şeytan. Kim məni necə qəbul edir etsin, etmirsə, Allah can sağlığı versin”.

 

Xalq artisti bildirib ki, özü qədər titul qazanmış tələbələri var:  “Tələbələrim mənimlə çiyin-çiyinə çalışırlar. Mənimlə bərabər titul qazanmış tələbələrim var. Onlardan xalq artistləri Gülyanaq-Gülyaz Məmmədova bacıları, Zabit Nəbizadə, əməkdar artistlər Ehtiram Hüseynov, Babək Niftəliyev, xanəndə Sahib İbrahimov və başqalarının adını çəkə bilərəm. Ağıllı valideyn ağıllı övladı ilə fəxr etdiyi kimi, mən də ağıllı tələbələrimlə fəxr edirəm”.

 

Qeyd edək ki, C.Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətinin tərkibində iştirak etmək istəsə də, digər münsiflər, xalq artistlər Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Sərdar Fərəcov buna etiraz etmişdilər. Xalq artistinin də həmkarlarına cavabı çox sərt olmuşdu.

 

Xatırladaq ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV”-də yayımlanır. 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR