Tovuzda “BMW” ilə “VAZ 2107” toqquşdu: 1 ölü, 1 yaralı

Tovuzda “BMW” ilə “VAZ 2107” toqquşdu:  1 ölü, 1 yaralı
22:09 10 Mart 2017
175 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürsonun verdiyi məlumata görə hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

 

“BMW” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR