Almaniyadan Öcalana QADAĞA

Almaniyadan Öcalana QADAĞA
11:54 11 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Federal Daxili İşlər Nazirliyi PKK lideri Abdullah Öcalanın şəkillərini, onun fotoları olan simvollarının nümayiş etdirilməsinə qadağa qoyub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qadağa qoyulan simvollar arasında YPG-yə aid olanlar da var.
 
Marın 2-dən nazirlik tərəfindən nümayişi qadağan olunan simvolların beş səhifəlik siyahısı əyalətlərə göndərilib.
 
PKK 1993-cü ildən Almaniyada terror təşkilatı kimi tanınır.
 
Xatırladaq ki, rəsmi Ankara son zamanlar dəfələrlə Almaniyanı PKK terror təşkilatına dəstək verməkdə ittiham edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR