Xalq artisti Canəli Əkbərovun həmkarları ilə aralarında olan qalmaqala sənət adamları biganə qalmayıb.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, "Show time" verilişi bir neçə ifaçının bu qalmaqala münasibətini öyrənib. Həmin açıqlamaları olduğu kimi təqdim edirik.

"Faytoçu" Nazim: "Bir sənətkarın digər sənətkar barədə dediyi fikirlərlə razı deyiləm. Ən azından bunu kütlə qarşısına çıxarmaq düzgün deyildi. Bunu öz aralarında çözməli idilər. Onlara bunu yaraşdırmadım. Cavan nəsil hər zaman yaşlı nəsildən ibrət götürür. Yaşlı nəslin də bu cür qalmaqal etməsi, cavanlara bir az da imkan verir ki, qalmaqal etsinlər".

Xalq artisti Nəzakət Teymurova: "İkisi də böyük sənətkarlardır. İstəmirəm ki, mövqeyimi bildirəm".

Xalq artisti Mənsum İbrahimov: "Siz bilirsiniz ki, mən qalmaqaldan uzaq adamam. Heç bir zaman mənim adım söz-söhbətlərdə hallanmayıb. Qalmaqala da mənfi baxıram. Adını çəkdiyiniz şəxslə də qalmaqal bizlik olmadı. O söhbət də bitdi. Təzədən o mövzuya qayıtmayacağam".

Xalq artisti Alim Qasımov: "Onların qalmaqalına qarışmıram. Mənim özümü müzakirəyə qoyublar, danışmıram. Onlar hamısı mənim dostlarımdır, Allah şeytana lənət eləsin. Düzələr, hamısı barışar".

Müğənni Əli Mirəliyev: "Onların qalmaqalı yaxşı deyil. Canəli köhnə oxuyandır. Yəni yaşlı adamdır. Gözəl xanəndə olub. Mənsum da yaxşı oxuyandı. Amma Canəli Mənsumun atası yerindədir. Bunların hər biri Azərbaycan musiqisində öz sözlərini deyiblər. Amma bir şey var ki, Ağaxan Abdullayev rəhmətə gedib, onun yerində kim oturduğunu bilmirəm. Amma Canəli Əkbərovun da o münsiflər heyətində oturmağa haqqı var".

C.Əkbərov həmkarlarının açıqlama verdiyi süjetə baxdıqdan sonra bu haqda fikrini bildirib:

"Məndən inciməyiblər? Versinlər məni məhkəməyə. Onlar dəstəylə otursunlar, mən tək. Bir-birimizin eyibimizi, ədalətsizliyimizi o məhkəmədə qoyaq ortalığa. Mən Xan, Seyid Şuşunsikinin təlimi ilə böyümüş insanam. Bu cür sənətkarların təlimindən çıxmış, 30 il opera səhnəsində külüng vurmuş Canəli Əkbərovu muğam müsabiqəsindən kim xaric edə bilər? Monopoliyadı, mafiyadı".

Xatırladaq ki, C.Əkbərov Muğam televiziya müsabiqəsinin münsiflər heyətinin tərkibində iştirak etmək istəsə də, digər münsiflər - xalq artistlər Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Sərdar Fərəcov buna etiraz etmişdilər. İfaçılar arasında qalmaqal yaşanmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canəli Əkbərov: "Monopoliyadı, mafiyadı" - VİDEOCanəli Əkbərov: