Çavuşoğludan Niderlandın qadağasına sərt reaksiya

Çavuşoğludan Niderlandın qadağasına sərt reaksiya
22:24 11 Mart 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Niderland hökumətinin onun təyyarəsinin  enişinə icazəni ləğv etməsini  “yolverilməz qalmaqal” adlandıraraq, cavab addımlarının atılacağını vəd edib.

 

“Onlar icazəni guya təhlükəsizlik baxımından ləğv ediblər. Yəni nazir terrorçudur? Biz onlara layiq olduqları cavab verəcəyik” – deyə Ankara aeroportuna qayıdan XİN rəhbəri bildirib.  

 

Xəbər verildiyi kimi, bu gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

 

Türkiyənin baş naziri Binəli Yıldırım, öz növbəsində, Avropanı Türkiyənin daxili işlərinə qarışmamağa çağırıb: “Ey, Avropa, Türkiyənin daxili işlərinə və siyasətinə qarışmağa son qoy və tərəfkeşlik etməyi dayandır”.  

 

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

 

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb. 

 

Çavuşoğlu bu gün Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR