Hacıqabulda zəncirvari qəza baş verib, 1 nəfər yaralanıb

Hacıqabulda zəncirvari qəza baş verib, 1 nəfər yaralanıb
22:32 11 Mart 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul. 11 mart. REPORT.AZ/ Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun “Sever” adlanan ərazisində qeydə alınıb.
Üç avtomobilin zəncirvari şəkildə toqquşması nəticəsində Bakı şəhər sakini, 21 yaşlı Gülüstan Cavanşir qızı Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-zencirvari-qeza-bas-verib-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR