Ər və arvadı xəstəxanalıq oldu - QAZAXDA

Ər və arvadı xəstəxanalıq oldu - QAZAXDA
11:09 12 Mart 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda 2 avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıb. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazaxbəyli yolunda baş verib.

Qazax rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Yaşar Nəzər oğlunun idarə etdiyi "Oka" markalı avtomobil ilə "VAZ-21015"in toqquşması nəticəsində birinci maşının sürücüsü və həyat yoldaşı olan sərnişini, 1972-ci il təvəllüdlü Əbdülrəhmanova Elmira Əbdülrəhman qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra sürücünün vəziyyətinin orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal olduğu bildirilir. Digər avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR