Qərbi Mosuldan qaçqın düşənlərin sayı açıqlandı

Qərbi Mosuldan qaçqın düşənlərin  sayı açıqlandı
20:49 12 Mart 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 19-dan Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 minə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın miqrasiya üzrə naziri Casim Məhəmməd əl-Caf  bildirib.

 

Onun sözlərinə görə bu gün nazirliyin əməkdaşları Mosuldan cənubda, Tikrit şəhəri yaxınlığında və digər əyalətlərdə 10 607 nəfəri qəbul edərək müvəqqəti sığınacaqlara yerləşdirib. “Beləliklə Qərbi Mosuldan qaçqın düşənlərin sayə 99 min 852 nəfərə çatıb”, deyə nazir bildirib.

 

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR