4 nömrəli avtobusun istiqaməti dəyişdirilir

4 nömrəli avtobusun istiqaməti dəyişdirilir
13:59 13 Mart 2017
259 Digər
Ölkə mətbuatı
A- A+

 

4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyinin ( BNA) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də M.K. Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun N.Nərimanov və Ş.İ.Xətai stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək.

 

Belə ki, bu marşrut xətti üzrə avtobuslar metorunun Ş.İ.Xətai stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və  Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.

 

Məlumat üçün bildiririk ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar martın 20-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR