Türkiyə Hollandiya qarşısında tələblərini elan etdi

Türkiyə Hollandiya qarşısında tələblərini elan etdi
14:14 13 Mart 2017
164 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyə Hollandiyaya iki nota verib. Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, Hollandiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Daan Feddo Husinqa 3-cü dəfə Türkiyə XİN-ə çağırılıb. Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı üzrxahlığın edilməsinin vacibliyi vurğulanıb.

 

Bundan başqa rəsmi Ankara Hollandiya polisinin türkiyəlilərə qarşı sərt rəftarı ilə bağlı təzminat hüququnu özündə saxladığını qeyd edib. Həmçinin Türkiyənin nazirləri və vətəndaşlarına qarşı edilənlərin araşdırılması ilə bağlı tələb irəli sürülüb. Türkiyə qarşı tərəfdən məsələ ilə bağlı ədliyyə orqanlarının, inzibati qurumların və hüquq-mühafizə orqanlarının apardığı araşdırmaların nəticəsi ilə bağlı ən qısa vaxtda diplomatik kanallar vasitəsi ilə hesabat verməsini də tələb edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR