İtkin peyk tapıldı - NASA-dan möhtəşəm YENİLİK

İtkin peyk tapıldı - NASA-dan möhtəşəm YENİLİK
15:53 13 Mart 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

NASA 8 il əvvəl əlaqənin kəsildiyi Hindistan peyki "Chandrayaan-1"dən yeni siqnallar alıb.

İtkin peykin hələ də Ayın orbitində dolaşdığı düşünülür.

Publika.az xəbər verir ki, araşdırma qrupu Ayın qütb orbitində peykin keçə biləcəyi əraziyə mikro dalğa şüaları yollayıblar. Nəticə olaraq peykin radar siqnallarını yenidən tuta biliblər.

Ay orbitində təxminən 1,5 metrlik kiçik bir aparatın yerinin bu cür dəqiqliklə təsbit edilməsi mütəxəssislər tərəfindən çox böyük uğur kimi qiymətləndirilir. Onların fikrincə, bu yenilik Aya təhlükəsiz səfər etmək üçün yeni cığır açır.

"Chandrayaan-1" peyki Ay səthinin geoloji və kimyəvi xəritəsini çıxarmaq üçün 2008-ci ildə orbitə buraxılıb. İki il davam etdirilməsi nəzərdə tutan araşdırma 28 avqust 2009-cu ildə siqnalların tamamilə kəsilməsi nəticəsində dayanıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR