Bakını bürüyən toz qatı daha da artacaq

Bakını bürüyən toz qatı daha da artacaq
18:19 13 Mart 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının  sanitar normadan artıq olduğu müəyyən edilib.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
 
"Bu toz hissəcikləri atmosfer axınları  ilə, əsasən də  cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.
 
Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir", - deyə o vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR