Rusiyanın pop divası Alla Puqaçovanın nəvəsi, Kristina Orbakaytenin oğlu Nikita Presnyakov evlənir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, evlilik yolunda ilk addımlarını atıb. "Multiverse" qrupunun solisti Nikita 3 ildir sevgili olduğu Alena Krasnovaya İnstaqramda evlilik təklifi edib.

N.Presnyakov sosial şəbəkə vasitəsi ilə sevgilisinə üzük smayliki göndərib.

Xatırladaq ki, onlar ilk dəfə 2015-ci ildə "Yeni dalğa" müsabiqəsində birgə görünüblər. Bir müddət sonra isə cütlük "Qoruyucular" filminin qala gecəsində sevgili olduqlarını nümayiş etdirmişdilər.

Milli.Az

Alla Puqaçovanın nəvəsi İnstaqramda evlilik təklifi etdi - FOTO
Alla Puqaçovanın nəvəsi İnstaqramda evlilik təklifi etdi - FOTO