Fatma Aktaş: "Hollandiyada yaşayan azərbaycanlılara qarşı təxribat ola bilər"

Fatma Aktaş: "Hollandiyada yaşayan azərbaycanlılara qarşı təxribat ola bilər"
10:43 14 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Avrasiya Türk Qadınlar Birliyinin sədri, Niderland parlamentinin sabiq deputatı Fatma Aktaş Hollandiyada yaşayan türklərə müraciət edib.

F.Aktaş Publika.az-a açıqlamasında bildirib ki, hazırda Niderlandın Baş naziri Mark Rutte və sağçı Azadlıq Partiyasının lideri QirtVilders irqçi təbiətə malik şəxslərdir:

“Ona görə də Hollandiyada yaşayan türklər son dərəcə diqqətli olmalıdır. Çünki Hollandiyadakı indiki iqtidar türklərə qarşı təxribatlar törədə bilər. Son günlər Türkiyə və Hollandiyada arasında yaranan siyasi böhran bu şəxslər üçün bəhanə ola bilər”.

F.Aktaş deyib ki, Mark Rutte və Qirt Vilders təkcə türklərə qarşı deyil, bütün başqa millətlərə qarşı irqi ayrı-seçkilik mövqeyi ilə seçilir:

“Bu şəxslər Hollandiyada miqrantlara qarşı da çox sərt və irqçi mövqeləri ilə tanınırlar. Ona görə də mən Hollandiyada yaşayan bütün türkləri ehtiyatlı və diqqətli olmağa çağırıram”.

F.Aktaş azərbaycanlıların da eyni təhlükələr və təxribatlarla üzləşə biləcəyini istisna etməyib:

“Azərbaycanlılar da türklərdir. Hollandiyada kifayət qədər azərbaycanlı var. Düşünürəm ki, azərbaycanlılara qarşı da təxribatlar ola bilər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR