Bu il I sinfə 44 min şagirdin qəbulu nəzərdə tutulur

Bu il I sinfə 44 min şagirdin qəbulu nəzərdə tutulur
13:09 14 Mart 2017
209 Digər
Ölkə mətbuatı
A- A+

Bu il I sinfə 44 min şagirdin qəbulu nəzərdə tutulur. Lent.az-ın məlumatına görə, BŞTİ-nin ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova bu gün keçirilmiş mətbuat konfransında deyib ki, Bakı şəhərinin tabeliyində 307 məktəb var. Onlardan 298-də I sinfə qəbul həyata keçirilir.

 

L. Şərəfxanova qeyd edib ki, son illər rus  bölməsi üzrə I sinfə qəbul zamanı Bakı şəhərində müəyyən çətinliklər yaranır: "2016-2017-ci tədris ili ərzində 261 məktəbdə ödənişsiz məktəbəhazırlıq qrupu açılıb və məktəbəhazırlıq qruplarında rus bölməsi üzrə müəllim çatışmazlığı olduğundan qəbulda çətinliklər yaşanıb. Bu ilin iyul ayında müəllimlərin işə qəbulu həyata keçiriləcəyindən rus bölmələri ilə bağlı hansısa problemin yaşanacağı gözlənilmir. Rus bölməsi üzrə yeni kadrlar işə cəlb ediləcək, həmçinin məktəbəhazırlığı tənzimləyən rus bölməsi üzrə müəllimlər ibtidai siniflərə cəlb olunacaq. Bununla da rus bölməsi ilə bağlı problem həll ediləcək”.

 

L. Şərəfxanova əlavə edib ki, növbəti tədris ilindən etibarən məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada həyata keçiriləcək: “Bu il 20 mindən yuxarı 5 yaşlı uşağın məktəbə hazırlığı təmin edilib. Növbəti il üçün məktəbəqədər hazırlıq qruplarına qəbul olan uşaqların sayının 65% müəyyənləşməsi nəzərdə tutulub. Növbəti tədris ilindən məktəbəhazırlıq elektron qəbul sistemi vasitəsilə həyata keçiriləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR