İslamiadanın səfiri gənc idmançılar və idmana həvəsi olan gənclər üçün master-klass keçib

İslamiadanın səfiri gənc idmançılar və idmana həvəsi olan gənclər üçün master-klass keçib
15:12 14 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Olimpiya Güləş Mərkəzində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və ikiqat dünya çempionu Hacı Əliyev “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsi olan gənclərə güləş üzrə master-klass təlimi verib. 
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, master-klass zamanı gənc idmançılarla idmanla maraqlanan yeniyetmələr və həvəskarlar səfirin praktik məsləhətlərindən yararlanıb. 
Qeyd edək ki, master-klass “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Məqsəd yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək verməkdən ibarətdir.











Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiadanin-sefiri-genc-idmancilar-ve-idmana-hevesi-olan-gencler-ucun-master-klass-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR