"VAZ 2106" piyadanı vurub öldürdü

"VAZ 2106" piyadanı vurub öldürdü
20:29 14 Mart 2017
133 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda yolu keçən piyadanı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

 

Yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Kərimov Yaşar Məhərrəm oğlu naməlum avtomobil tərəfindən vurulub. Avtomobil piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Xəsarət alan piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də,  onu xilas etmək mümkün olmayıb.  

 

Hadisəni törədən "VAZ 2106" markalı avtomobilin sürücüsü Tovuz şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Rəşad Qəmbər oğlu sonradan Tovuz Rayon Polis Şöbəsinə gələrək təslim olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR