Ankara Niderlanda qarşı sanksiyaları genişləndirir

Ankara Niderlanda qarşı sanksiyaları genişləndirir
20:39 14 Mart 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Niderlanda qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin gömrük və ticarət məsələləri üzrə naziri Bülənt Tüfenkçi bildirib.  

 

Onun sözlərinə görə, bu vaxtadək Niderlanda qarşı yalnız siyasi və hüquqi sanksiyalar nəzərdən keçirilib, lakin yaxın günlərdə iqtisadi sanksiyaların da gündəliyə salınacağı istisna edilmir.    

 

Xatırladaq ki, bundan əvvəl Ankara ölkənin hava məkanını Niderlandın diplomatik reysləri üçün bağlayıb. Bundan başqa Hollandiya səfirinə ölkəyə girişinə qadağa qoyulub, Türkiyə-Niderland parlamentlərarası Dostluq qrupunun fəaliyyəti dayandırılıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR