"Bavariya" klubunun futbolçusu yenidən Almaniya milli komandasına dəvət oluna bilər

"Bavariya" klubunun futbolçusu yenidən Almaniya milli komandasına dəvət oluna bilər
09:42 15 Mart 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 mart. REPORT.AZ/ "Bavariya" klubunun futbolçusu Yozua Kimmix yenidən Almaniya milli komandasına dəvət oluna bilər. "Report"un DPA agentliyinə istinadən verdiyi məlumata görə, baş məşqçi Yoahim Lövün martın 17-də açıqlayacağı heyətdə 23 yaşlı yarımmüdafiəçiyə də yer verməsi mümkündür.
Y.Kimmix 2016-cı il Avropa çempionatında Almaniya millisinin heyətində yer alıb. 2018-ci il dünya seçmpionatının seçmə mərhələsi çərçivəsində ötən il sentyabrın 4-də Norveçlə görüşdə yığmada ilk qolunu vuran yarımmüdafiəçi "Bavariya"da əsas heyətə düşə bilmədiyi üçün Y.Löv son oyunlarda ona dəvət göndərməyib.
Qeyd edək ki, martın 22-də Almaniyada İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirəcək Bundestim, martın 26-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/bavariya-klubunun-futbolcusu-azerbaycan-yigmasi-ile-oyuna-cagirila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR