Jirinovski SÖZ VERDİ: “Kremlə gəlib sizi asacağam!” - VİDEO

Jirinovski SÖZ VERDİ: “Kremlə gəlib sizi asacağam!” - VİDEO
15:23 15 Mart 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasında Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin çıxışı qalmaqalla başa çatıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxışında emosional formada Dövlət Dumasına seçkilər öncəsi vəziyyətdən narazılığını ifadə edib.

Siyasətçi Moskva vilayətində onun partiyasının üzvlərinin seçki siyahılarından zorla çıxarıldığını bildirib. Jirinovski söz verib ki, növbəti il prezident seçkilərində qalib gələcəyi halda öz opponentlərini güllələyəcək.

“Ruzada Liberal Demokrat Partiyasından olan deputatlara birbaşa təzyiqlər edilir. Yeddi nəfəri pulla ələ alıblar, siyahıdan çıxmağa məcbur ediblər. Kim əmr edir? Süd mafiyası. Və xahiş edirlər ki, biz danışmayaq. Yüz dəfə danışacağıq. Gələn ilin martında Kremlə gələcəyəm və sizi güllələyəcəyəm, asacağam, yaramazlar!” – partiya sədri vurğulayıb.

Dumanın sədri Vyaçeslav Volodin emosiyalara yol verməməyə çağırıb.

“Sizi mühakimə edəcəyik. Növbəti beş ildə və ya beş il sonra. Biz etiraz əlaməti olaraq zalı tərk edirik”, - Jirinovski cavabında bildirib.

Vyaçeslav Volodin deputatları emosiyaları sakitləşdirməyə çağırıb. Vladimir Jirinovskinin ardınca onun partiyasından olan deputatalar zalı tərk ediblər.

İclasda iştirak edən digər üç partiya – “Vahid Rusiya”, Rusiya Kommunist Partiyası və ”Ədalətli Rusiya” partiyasından olan deputatlar Vladimir Jirinovskinin həmkarlarının ünvanına işlətdiyi sözlərinə görə üzr istəməyə çağırıblar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR