Qərargah rəisləri bir araya gəldi

Qərargah rəisləri bir araya gəldi
18:19 15 Mart 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Martın 15-də Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

 

 Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

 

İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfrans da keçirilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR