Qvardiola ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilmədi

Qvardiola ilk dəfə ÇL-nin ¼ finalına adlaya bilmədi
02:59 16 Mart 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola  karyerasında ilk dəfə Çempionlar Liqasının  ¼ finalına adlaya bilməyib

 

APA-nın məlumatına görə, “Mançester Siti” iki oyunun nəticələrinə görə “Monako”ya məğlub olaraq (5:3, 1:3)  Avropanın ən nüfuzlu futbol turnirini tərk edib

 

Bundan əvvəl “Bavariya” klubuna rəhbərlik edən  Xosep Qvardiola iki dəfə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub.

 

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinə İspaniyanın "Real", "Barselona", “Atletiko”, Almaniyanın  "Borussiya" (Dortmund), "Bavariya", İngiltərənin "Lester", İtaliyanın "Yuventus” və Fransanın “Monako” klubu vəsiqə qazanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR