Gömrükdə saxlanılan 29 min zəli Şirvan Milli Parkında gölə buraxılıb

Gömrükdə saxlanılan 29 min zəli Şirvan Milli Parkında gölə buraxılıb
09:39 16 Mart 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının müsadirə etdiyi 70 min zəlinin 29 mini Şirvan Milli Parkında yerləşən gölə buraxılıb, 40 mini isə Şirvan nərə balıqartıma zavoduna təhvil verilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının iştirakı ilə Mingəçevir şəhərinin sututarlarından götürülən zəlilər Salyan rayonu ərazisində yerləşən Şirvan Milli Parkına aparılıb. Kütləvi İnformasiya Vasitələri, Qeyri Hökumət Təşkilatları və aidiyyəti qurum əməkdaşlarının iştirakı ilə 29 min zəli Qızılqaz gölünə buraxılıb.

 

Bildirilib ki, Qızılqaz gölü zəlilərin yaşaması üçün əlverişli şəraitə malikdir. Gölün ərazisində zəli həmişə olub.

 

Qeyd edək ki, bu ilin yanvar və fevral aylarında qaçaqmalçılıq yolu ilə ölkədən qanunsuz çıxarılmağa cəhd edilən 70 minə yaxın zəli gömrük əməkdaşları tərəfindən müsadirə edilib. Müsadirə olunan zəlilər təbiətə buraxılanadək Zoologiya İnstitutunun Mingəçevir şəhərində yerləşən sututarlarında saxlanılıb. Şirvan nərə balıqartırma zavoduna təhvil verilən zəlilər müvafiq prosedurlardan sonra təbiətə buraxılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR