Novruz bayramı ilə əlaqədar Bakıya 100 əlavə aviareys olacaq

Novruz bayramı ilə əlaqədar Bakıya 100 əlavə aviareys olacaq
13:14 16 Mart 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya yerinə yetirilən aviareyslərə olduqca böyük tələbat var. "APA-Economics" xəbər verir ki, bunu Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.
 
"Körfəz ölkələrindən Bakı istiqamətindəki uçuşlara böyük tələbat var. Söhbət həm "Air Arabia", həm də "FlyDubai" aviaşirkətinin yerinə yetirdiyi reyslərə olan tələbatdan gedir. Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib", - deyə o bildirib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR