"Səbail" uduzdu, "Turan" darmadağın etdi

"Səbail" uduzdu, "Turan" darmadağın etdi
19:07 16 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

I divizionda XX tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.


Lider "Turan Tovuz" evdə "Bakılı"nı darmadağın edib - 3:0. İkinci pillədə qərarlaşan "Səbail" "Ağsu" ilə səfər matçında xal itirib - 2:3. "Mil-Muğan" rəqib meydanında "Şəmkir"ə qalib gəlib - 2:0.


Daha bir matç isə İntizam Komitəsinin qərarına əsasən baş tutmayıb. Yarışdan kənarlaşdırılan “Rəvan”a “Qaradağ Lökbatan”la matçda 0:3 hesablı texniki məğlubiyyət verilib. Sabah isə eyni səbəbdən "Şərurspor"la oyuna görə "Energetik"ə 3:0 hesablı texniki qələbə veriləcək.


Qeyd edək ki, turun qalan iki oyunu sabah baş tutacaq.


I divizion

2016/17 mövsümü

II dövrə, XX tur


16 mart

Turan Tovuz - Bakılı 3:0

Qollar: Rəhman Musayev, 31. Aqşin Muxtaroğlu, 34. Eltay Tağıyev, 68.


Şəmkir - Mil-Muğan 0:2

Qollar: Samir Babayev, 27-pen. Raul Yaqubzadə, 54.


Rəvan - Qaradağ Lökbatan 0:3


Ağsu - Səbail 3:2

Qollar: Elnur Səmədov, 2. Adil Tağıyev, 65. İsa Cəbiyev, 85 - Mirzağa Hüseynpur, 21. Fərid Səmədzadə, 27.


1. Turan Tovuz 20 15 4 1 53-7 49

2. Səbail 20 13 2 5 61-23 41

3. Qaradağ Lökbatan 20 13 1 6 47-22 40

4. Ağsu 20 12 3 5 48-19 39

5. Zaqatala 19 12 2 5 56-23 38

6. Şəmkir 20 12 1 7 32-18 37

7. Mil-Muğan 20 9 4 7 29-23 31

8. MOİK 19 8 5 6 38-21 29

9. Şərurspor 19 7 4 8 36-33 25

10. Şahdağ 18 4 5 9 21-35 17

11. Rəvan 20 6 1 13 24-52 10

12. Energetik 19 2 3 14 15-72 9

13. Göyəzən 19 1 4 14 13-71 7

14. Bakılı 19 2 1 16 21-75 7


Bombardirlər: Oruc Balaşlı (Zaqatala) - 23. Rəhman Musayev (Turan Tovuz) - 19. Bayram Budaqov (Səbail) - 16.


Qeyd edək ki, FİFA tələbinə əsasən "Rəvan"ın cari mövsümdəki aktivindən 9 xal silinib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsbailquot-uduzdu-quotturanquot-darmadan-etdi-t56969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR