"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru dəyişdi

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru dəyişdi
21:18 16 Mart 2017
160 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub.

Bakı Mühəndislik Universitetindən APA-ya verilən xəbərə görə, "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.

Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək.

Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir.

Jurnalist Nurəddin Heydərov isə "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR