Taksi sürücüləri arasında atışmada iki erməni yaralandı

Taksi sürücüləri arasında atışmada  iki erməni yaralandı
23:54 16 Mart 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada qanuni və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında münaqişə atışma ilə nəticələnib. APA-nın MK-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan iki Ermənistan vətəndaşı yaralanıb.

 

Məlumata görə, hadisə Moskvanın Solntsevo rayonunda baş verib. Reanimasiyaya yerləşdirilən erməni qardaşlardan biri başından, digəri isə bel və ayaq nahiyəsindən xəsarət alıb.  

 

Fakt üzrə cinayət işi başlanıb. İnsidentlə əlaqədar saxlanılan yoxdur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR