Yutubda izlənmə rekordu qıran CİZGİ FİLMİ - VİDEO

Yutubda izlənmə rekordu qıran CİZGİ FİLMİ - VİDEO
01:23 17 Mart 2017
753 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur cizgi serialı "Maşa və Ayı"dakı bir epizod Yutubda iki milyarddan çox baxış toplayıb. Beləliklə də o, videoservisdə ən çox izlənilən epizod olub.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə xəbəri "Animakkord" kinoşirkətinin mətbuat xidməti verib. "Maşa+Sıyıq" ("Maşa i kaşa") seriyası Castin Biber, Bruno Mars və Teylor Svift kimi məşhurların ən çox izlənilən klip çarxları sırasında beşinci yeri tutub. Bu, onluq reytinqinə düşən yeganə animasiya videosudur.

Sözügedən epizod Yutuba 31 yanvar 2012-ci ildə qoyulub.

"Maşa və Ayı" cizgi serialının müxtəlif epizodlarını hər gün Yutubda 3 milyona qədər adam izləyir. "Animakkord" studiyası "Maşa və Ayı" ailə cizgi serialını 2009-cu ildən yaymağa başlayıb. Hazırda o, bütün dünyada uğur qazanıb. Onun yayım hüququnu Netflix, Turner, KIKA, France TV, Sony Music, NBC Universal, Televisa kimi məşhur şirkətlər alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR