Eks baş nazir: “Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir”

Eks baş nazir: “Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir”
10:23 17 Mart 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan bütün dünyadan olan liderlər, siyasətçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakrə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır”.

Publika.az xəbər verir ki, bunu Belçikanın keçmiş baş naziri Yves Leterme V Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı bildirib.

Yves Leterme deyib ki, indi dünyada liderlərininin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir: “Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir”.

Keçmiş baş nazir qeyd edib ki, Azərbaycan dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verir: “Mən ikinci dəfədir ki, bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR