Məleykə Abbaszadə: "Sabah keçiriləcək imtahanda yeniliklər olacaq"

Məleykə Abbaszadə: "Sabah keçiriləcək imtahanda yeniliklər olacaq"
11:53 17 Mart 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dövlət İmtahan Mərkəzi mart ayında ümumtəhsil müəssisələrində buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyənlər və ya eksternat qaydasında yekun qiymətlərmədə iştirak edən şəxslər, o cümlədən orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün aprel ayında imtahan keçiriləcək".

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir.

M.Abbaszadə bildirib ki, sabah ölkədə keçiriləcək buraxılış imtahanlarında təkcə test sualları yox, yeni növ tapşırıqlar, misallar təqim olunub.

"Valideynlər və ictimaiyyət nümayəndələri bizə suallar ünvanlayırlar və məlum olur ki, onlar üçün bu imtahanın məzmunu ilə bağlı çox şey qeyri-müəyyəndir. Bu imtahanlarda açıq suallarla bağlı yanaşmaları cəmiyyət qəbul etməyib. İmtahanların yoxlanması üçün 2 mindən çox insan cəlb ediləcək. Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/191714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR