Həmcinslərini cinsi istismara məruz qoyan qadın yaxalanıb.
Lent.az-ın Daxili İçlər Nazirliyinin saytına istinadən məlumatına görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini Esmira Sadıxovanın gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə apararaq insan alverinə məruz qoyması müəyyən edilib.