Gədəbəydə avtomobil maneəyə çırpıldı: sürücü yaralandı

Gədəbəydə avtomobil maneəyə çırpıldı: sürücü yaralandı
22:29 17 Mart 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

 

Kənd sakini, 1995-ci il təvəllüdlü Quliyev Hikmət Sübhan oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə  hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında maneəyə çırpılıb.

 

Sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR