Paşayev oynadı, komandası 4 qol vurdu

Paşayev oynadı, komandası 4 qol vurdu
20:17 18 Mart 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Stal” Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.


Fanat.Az xəbər verir ki, komanda XXII turda doğma meydanda "Aleksandriya" ilə qarşılaşıb. Matç "Stal"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.


Qeyd edək ki, "Stal" 22 turdan sonra 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-paayev-oynad-komandas-4-qol-vurdu-t57009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR