Həqiqətənmi sədəqə vermək bəlanın qarşısını alar?

Həqiqətənmi sədəqə vermək bəlanın qarşısını alar?
20:22 18 Mart 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: "Gününüzü sədəqə verməklə başlayın (yəni səhər sədəqə verin).

Milli.Az islam.az-a istinadən bildirir ki, hər kim gününü sədəqə verməklə başlasa, (həmin gün) ona bəla toxunmaz" (Biharül-ənvar, 96-cı cild, səh. 177). Yenə o həzrətin belə buyurduğunu rəvayət etmişlər: "Səhər açılanda sədəqə ver; bu sədəqə ilə həmin günün bədliyi səndən uzaqlaşar. Axşam düşəndə sədəqə ver; bu sədəqə ilə həmin gecənin bədliyi səndən uzaqlaşar" (Biharül-ənvar, 96-cı cild, səh. 176). Atalarımız da "hər ağızda bir dua var" demişlər. Sədəqə verdiyimiz fəqir şəxs bizim üçün xeyir-dua edəndə o duanın təsiri ilə bəladan qurtulmağımız mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR