“Sonuncu yerdə olsaq da...” - Tərlan Əhmədov

“Sonuncu yerdə olsaq da...” -   Tərlan Əhmədov
23:07 19 Mart 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

“Futbolçularıma təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Komandama inanırdım. Onlara diqqətli olmaq tapşırığı verilmişdi. Uduza da bilərdik, amma yaxaladığımız şansdan yararlandıq”. Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “Qəbələ” ilə oyundan sonra deyib.

 

Əhmədov 1:1 hesabı ilə yekunlaşan görüşdən sonra komandasını motivasiya edərkən çətinlik çəkdiyini bildirib: “Hər oyunqabağı futbolçuları motivasiya edəndə bir ilim geri düşür. Praktiki cəhətdən 7-ci yerə qalxmağımız mümkün deyil. Yerdə qalan oyunları udsaq belə, qeyri-real görünür. Futbolçuların özünəinamı var. Sonuncu yerdə olsaq da, ümid var. Oyunçular komandanın adına, gələcəkləri naminə mübarizə aparırlar. Ötən il 46 xal yığsaq da, bu il sonuncu yerdəyik. Halbuki oyun baxımından rəqiblərdən çox da geri qalmırıq". (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sonuncu-yerd-olsaq-da-t57031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR