Kriştianu Ronaldo yenə birinci oldu

Kriştianu Ronaldo yenə birinci oldu
03:54 21 Mart 2017
169 Digər
Ölkə mətbuatı
A- A+

Madrid “Real”ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “İlin ən yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb.

 

APA-nın xəbərinə görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.

 

Bu il K.Ronaldo 4-cü dəfə “Qızıl top”  mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid “Real”ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.

 

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş  “İlin ən yaxşı məşqçisi”  mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR