"Galatasaray" futbolçusuna rəhbərliyin tələbi çatdırıldı

"Galatasaray" futbolçusuna rəhbərliyin tələbi çatdırıldı
17:22 22 Mart 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

"Galatasaray" camiəsinin bu mövsüm böyük ümid bəslədiyi Sinan Gümüş gözləntiləri doğrulda bilmir. Zədə səbəbindən Superliqada çıxdığı 17 oyunda 2 qol vuran Sinandan baş məşqçi Tudor peşəkarlıq baxımından da narazıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub nümayəndələri 23 yaşlı hücumçu ilə görüşüb və ondan gecə həyatını biraz arxa plana keçirməyi tələb ediblər. Sinan "Galatasaray"ın "Trabzonspor"la son görüşündə (0:2) topu, demək olar ki, boş qapıya göndərə bilməmişdi. Maraqlıdır ki, Trabzon təmsilçisi ötən ay onu Mehmet Ekici ilə dəyişdirmək üçün "sarı qırmızılar"a təklif göndərmiş və rədd cavabı almışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR