ABŞ Mosulu bombaladı: 200 ölü

ABŞ Mosulu bombaladı: 200 ölü
21:54 23 Mart 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ başda olmaqla koalisya qüvvələrinə aid qırıcılar İraqın Mosul şəhərini bombalayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 200-də çox dinc sakin ölüb.

Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir.

 

Bombardmanlar şəhərin İŞİD-dən təmizlənməsi əməliyyat çərçivəsində həyata keçirilib.

Şəhərdə sakinlərin yaşadığı bir neçə bina dağılıb, dağıntılar altında insanların qaldığı ehtimalı var.

 

Hazırda əməliyyata ara verildiyi qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR