Azərbaycan cəmiyyətindən 250 minlik aksiya

Azərbaycan cəmiyyətindən 250 minlik aksiya
12:34 24 Mart 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Tatarıstanın Əlmət şəhərində fəaliyyət göstərən “Birlik” təşkilatı Novruz bayramı ərəfəsində maraqlı aksiya keçirib. Təşkilatın sədri Fikrət Bəkirovun Lent.az-a verdiyi məlumata görə, həmyerlilərimiz 250 min rubl dəyərində geyim əşayları alaraq şəhərdəki aztəminatlı ailələrə yardım ediblər. 
 
“Biz 23 ailəni ziyaərət etdik. Öz övladlarımızla birgə həmişə bu tip aksiaylara həyata keçiririk və bu, ilk deyil. Elə ailələri seçdik ki, həm çoxuşaqlıdırlar, həm də imkanları olduqca məhdudur. Bu bayram vaxtı o uşaqları sevincini şərik olmaq nəyə desəz dəyərdi” deyə, Bəkirov bildirib.
 
Fikrət müəllimin dediyinə görə, hazırda Əlmətdə azərbaycanlılrın Bazar günü məktəbi fəaliyyət göstərir. “Rusiyada yaşasaq da, öz övladlarımızın vətənlə bağlı əlaqələrini itirmək istəməzdik. Gələcəkdə, ya Azərbaycanda, ya da Rusiyada yaşayacaqlarını özləri seçəcəklər. Amma indilikdə çalışırıq ki, dilmizi, tarix və mədəniyytəimiz unutmasınlar”.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR