İnək, pul, telefon və tütün məmulatları oğurlayan şəxs tutulub

İnək, pul, telefon və tütün məmulatları oğurlayan şəxs tutulub
19:09 24 Mart 2017
133 Digər
Ölkə mətbuatı
A- A+

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun ətrafında Salyan və Hacıqabul RPŞ-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 3 nəfərə məxsus yardımçı təsərrüfatlardan müvafiq olaraq 3 baş inək, Hacıqabul rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlaması da müəyyən edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, N. Eminovun Bakı şəhər sakini Cavidan Bağırlı, Salyan rayon sakini Elxan Kərimov və Kürdəmir rayon sakini Rəvan Qasımovla birgə fevralın 13-də Hacıqabul rayonu ərazisində Kazım Tağıyevdən quldurluq yolu ilə 13050 manat pul, mobil telefon və tütün məmulatı almaları da müəyyən edilib.

 

Görülmüş tədbirlərlə C. Bağırlı, E. Kərimov və R. Qasımov tutulublar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR