Ermənistana hərbi karvanla bağlı Moskvadan - RƏSMİ AÇIQLAMA

Ermənistana hərbi karvanla bağlı Moskvadan - RƏSMİ AÇIQLAMA
19:39 24 Mart 2017
168 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə əlaqədar məlumatlara rəsmi münasibət açıqlayıb.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN Abxaziyaya “C-300” zenit-raket kompleksinin və Gürcüstan vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. 

 

Nazirlik Gürcüstan ərazisi vasitəsilə Ermənistana Rusiya hərbi karvanının keçirilməsini “fantastik əhvalat” adlandırıb: “Bütün bu siyasi tamaşa martın 28-29-da Cenevrədə keçiriləcək müzakirələrin növbəti raundu ilə əlaqədardır. Görünür, rəsmi Tiflis Cenevrədəki dialoqu sabotaja davam etməyə çalışır və əvvəlcədən bu cür konfrontasion-isterik atmosfer formalaşdırır. Rusiya nümayəndə heyəti İsveçrəyə Zaqafqaziyadakı sabitlik və təhlükəsizlik məsələlərini məhsuldar və sakit şəkildə müzakirə etmək əhval-ruhiyyəsi ilə gedir. Gürcü tərəfdaşlarımızı da, Cenevrə müzakirələrinin digər bütün iştirakçılarını da buna çağırırıq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR