Ermənini nokauta salan Xəyal Almaniyada rinqə çıxacaq

Ermənini nokauta salan Xəyal Almaniyada rinqə çıxacaq
14:52 25 Mart 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turniri start götürəcək.

"Qala turnir və böyük oyun" kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 60-a yaxın idmançının iştirak edəcəyi Böyük Oyunda Azərbaycanı peşəkar kikboksçumuz, müxtəlif beynəlxalq turnirlərin qalibi Xəyal Əhmədov təmsil edəcək.

X.Əhmədov bundan əvvəl də Almaniyada keçirilmiş beynəlxalq qarşılaşmalarda Azərbaycanı uğurla təmsil edib və keçirdiyi bütün döyüşlərdə qələbə qazanıb. Ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nokauta salaraq parlaq qələbə qazanmışdı.

Turnir Bohum şəhərinin ən böyük arenasında - "RuhrCongress"də təşkil olunacaq. 

Qeyd edək ki, X.Əhmədov bir neçə gündür ki, Almaniyadadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR