Masallıda “VAZ”la “Mercedes” toqquşdu - 1 ölü, 1 yaralı

Masallıda “VAZ”la “Mercedes” toqquşdu - 1 ölü, 1 yaralı
20:59 26 Mart 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə,  hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub.

 

Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir. Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR