İranla sərhəddə insident olub, sərhəd pozucular qaçıb -RƏSMİ

İranla sərhəddə insident olub, sərhəd pozucular qaçıb -RƏSMİ
11:04 27 Mart 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.

Xidmətdən Lent.az-a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Belə ki, martın 19-da saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut  “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR